Zəvvarların Həcc ziyarəti başa çatıb

media-hightechnic-468x90

загруженное (7)Azərbaycanlı zəvvarların Məkkədə Həcc ziyarəti başa çatıb.

Qafqaz Müsəlmanları İdarəsindən  verilən məlumata görə, zəvvarlar bu gündən Məhəmməd Peyğəmbərin qəbrini ziyarət üçün Mədinə şəhərinə yola düşməyə başlayıblar.

Bu səfər ziyarət üçün vacib şərt olmasa da, zəvvarların arzusu ilə həyata keçirilir. Oktyabrın 11-dən etibarən isə azərbaycanlı zəvvarların mərhələ ilə Vətənə qayıdışı başlayacaq.

Qeyd edək ki, ziyarət bu il də iki variantda təşkil olunub. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manat təşkil edib. Bu qiymətlər ötən ilki qiymətlərlə eyni olub. Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutub. Suriyada baş verənlər və regionda İŞİD təhlükəsi ilə əlaqədar olaraq bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyiblər. Bu il Azərbaycandan Həcc ziyarətinə 4 minə yaxın zəvvar gedib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600