Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Zeynəb Xanlarova Rasim Balayevi kövrəltdi: "Mən o vaxt sağalacam ki..."

Bu gün Milli Məclisin növbəti iclasında millət vəkili, dünyaşöhrətli xalq artisti Zeynəb Xanlarova tanınmış aktyor, xalq artisti Rasim Balayevlə bağlı fikirlər səsləndirib.

Yenicag.az-a açıqlama verən xalq artisti millət vəkilinin fikirlərindən təsirləndiyini dilə gətirib və ona minnətdarlığını ifadə edib:

“Zeynəb Xanlarova böyük sənətkardır. Buna görə də sənətkara dəyər verməyi bacarır. Yaxşı ki, Azərbaycanın Zeynəb Xanlarova kimi sənətkarı var. Sağ olsun ki, bizim kimi insanlara dəyər verir. Onun mənim barəmdə söylədiyi gözəl sözlərə görə təşəkkürümü bildirirəm. Mən filmlərə çəkilmək istəyirəm, onda yaxşı qonorar da alacam və həmin pulum da dərmanlara yetəcək. “Nəsimi” filminə çəkildiyim ərəfədə ağır xəstəlik keçirtmişdim, o film məni sağaltdı. İndi də ürəyim istəyən bir filmə çəkilsəm sağalacam, çünki mənim dərmanım kinodur”.

Qeyd edək ki, Zeynəb Xanlarovanın toxunduğu problemlə bağlı xalq artisti Rasim Balayev noyabrın 11-də Yenicag.az-a müsahibə verib. Aktyor müsahibəsində dərmana pul çatdıra bilmədiyini deyib.

Cəvahir

www.yenicag.az

4766
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM