"Zeytun budağı" əməliyyatı nə vaxt başa çatacaq? - Çavuşoğlu açıqladı  

media-hightechnic-468x90

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Zeytun budağı” əməliyyatının başa çatacağı vaxtı açıqlayıb.

Yenicag.az xəbər verir ki, dövlət rəsmisi Afrində aparılan əməliyyatın mayı ayınadək yekunlaşacağını bildirib:

“İraq hökuməti ilə birlikdə terrorçu PKK qruplaşmasına qarşı əməliyyat olmalıdır. Sərhədyanı əməliyyat İraqdakı seçkilərdən sonra başlaya bilər. Afindəki “Zeytun budağı” əməliyyatı isə may ayınadək baş çatacaq”.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı 2018-ci il yanvarın 20-də başlayıb.

Xatırladaq ki, İraqda parlament seçkiləri bu il mayın 12-də keçiriləcək.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600