!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Ziraat Bank Azərbaycan” şəhid və qazi ailələrinə yardım etməyə davam edir

!Reklam – Yazi

Sosial layihələrin həyata keçirilməsinə daim xüsusi  diqqət ayıran  “Ziraat Bank Azərbaycan” ASC, Özünüməşğulluq proqramı çərçivəsində şəhid və qazi  ailələrdən olan şəxslərə, müharibə veteranlarına müxtəlif sahələr üzrə  sahibkarlıq fəaliyyətə başlamaq  məqsədilə dəstək olmağa davam edir.

Bu dəfə bank proqram çərçivəsində Birinci Qarabağ müharibəsində iştirak etmiş iki şəxsi lazımi avadanlıqla təmin etmişdir. Belə ki, bank həm musiqi, həm də avtoçilingər xidmətlərinin göstərilməsi sahəsində sahibkarlıq fəaliyyətinə başlamaq istəyən Birinci Qarabağ müharibəsi iştirakçılarının istəklərini həyata keçirərək bütün lazımi avadanlıqlarla şəxsləri təmin etmiş və sahibkarlığa başlamalarına təkan vermişdir.

Qeyd edilən Özünüməşğulluq proqramı “Ziraat Bank Azərbaycan” ASC,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi arasında imzalanmış memorandumun icrası çərçivəsində həyata keçirilir. Proqramın əsas məqsədi aztəminatlı şəxslərin kiçik ailə bizneslərini qurmalarına və ya mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.

Bu günədək “Ziraat Bank Azərbaycan” ASC tərəfindən, Bakı, Sumqayıt,  Salyan, Mingəçevir, Ağdam və digər bölgələrimizdə  yaşayan bir çox vətəndaşımıza öz şəxsi bizneslərinin qurulmasında  fərqli növ avadanlıqlarla təmin edərək dəstək olmuşdur.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube  sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

www.yenicag.az

201
Ads
www.veteninfo.com
!Reklam – Arxiv