“Zirə-2”nin futbolçusu cəzalandırıldı
AFFA İntizam Komitəsi “Zirə-2″nin futbolçusu Murad Ələkbərovu cəzalandırıb.
Yenicag.az xəbər verir ki, Əvəzedicilər liqasının 1-ci turunun “Zirə-2” – “Neftçi-2” oyununun 90+4-cü dəqiqəsində “Zirə-2”nin 27 nömrəli futbolçusu Murad Ələkbərov təcavüzkar davranış (rəqibi vurub) göstərib. Buna görə də o, birbaşa qırmızı vərəqə alaraq 4 oyunluq cəzalandıılıb, “Zirə-2” isə 300 manat cərimə edilib.
Sözügedən görüşdə “Neftçi-2” 1:0 hesablı qələbə qazanıb. pizza