“Zirə” – “Araz-Naxçıvan” oyununda qalib müəyyənləşmədi
Misli Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
Yenicag.az xəbər verir ki, bu mövsüm Azərbaycanı UEFA Konfrans Liqasında təmsil etmiş “Zirə” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəliblər. Zirə İdman Kompleksinin stadionunda reallaşan görüş 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin heyətində İssa Cibrila 45+1-ci dəqiqədə fərqlənib. Qonaqların qolunu isə 64-cü dəqiqədə Bəxtiyar Həsənalızadə vurub.
Qeyd edək ki, I turun əvvəlki matçlarında “Turan-Tovuz” “İmişli”ni (1:0), “Sumqayıt” “Kəpəz”i (3:0) məğlub edib. “Karvan-Yevlax” – “Qəbələ” və “Neftçi” – “Şamaxı” görüşlərində 1:1 hesablı heç-heçə qeydə alınıb. Turun “Sabah” – “Qarabağ” oyunu isə təxirə salınıb