“Zirə” minifutbol üzrə Azərbaycan çempionatının qalibi oldu
Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub.
Yenicag.az-ın məlumatına görə, final oyununda “Zirə” “Birbaşa Bakı” ilə üz-üzə gəlib.
Bakı Tennis Akademiyasındakı qarşılaşmada “Zirə” 4:1 hesablı qələbəyə sevinib.
Daha əvvəl “Aznur” üçüncü yer uğrunda görüşdə “Sumqayıt”ı üstələyib – 6:4.
Beləliklə, “Zirə” qızıl, “Birbaşa Bakı” gümüş, “Aznur” bürünc mükafata sahib çıxıb.













