Ziya Məmmədova ağır itki üz verdi

ziya2232324Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədov dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”a nazirin yaxınları məlumat verib.

Məlumata görə, Məmmədovlar sentyabrın 13-də anaları Şirinnaz Məmmədovanın “40” mərasimini keçirib. Bir gün sonra isə 1945-ci il təvəllüdlü Nəriman Məmmədov vəfat edib.