Xalq artisti, tanınmış aktyor Arif Quliyev film təqdimatlarının birinə nəvələri ilə birgə gəlib.
Məşhur baba Yeniçağ.az-a nəvələrindən danışıb:
“Oğlum Rövşənin övladlarıdır. Böyüyünə öz adımı vermişəm – Arif. Bu da Nurayla Muraddır. Hərdən məni incidirlər, amma nəvə elə babanı incitmək üçündür. Mən bunlarla nəfəs alıram”.
Aktyorun nəvəsi Arif də babasından danışıb:
“Babamı çox istəyirəm. Amma böyüyəndə onun kimi aktyor yox, pilot olacam. Babamdan bir istəyim var, mənə villa alsın”.
Xalq artistinin isə nəvəsinin sözlərinə reaksiyası belə olub:
“Nə ev, nə villa? Sənin nə atanın, nə də babanın heç düz-əməlli evi yoxdur. 40 ildir ikiotaqlı “Xruşşovka”da yaşayırıq. Oğluma ev ala bilməmişəm, qaldı ki, nəvəm ola”.
Cəvahir Səlimqızı
Yeniçağ.az
Fotolar: Cəmalə Əlizadə
www.yenicag.az