100 manatlıq cərimə ovu BİTDİ – Avtobus zolaqları ilə bağlı gecikmiş QƏRAR

media-hightechnic-468x90

“Bu qanun çoxdan gözlənilən idi və çox doğru qərardır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynli bildirib.

media-d296cc8effe24b1fb9e01e95ae726967291220245819645

Ekspert avtobus zolaqlarında bütün nəqliyyat vasitələrinin sərnişin düşürməsinə icazə verilməsi ilə bağlı qəbul olunan qərarı şərh edib:

“Bu məsələ uzun müddət idi bizim ekspertlər tərəfindən gündəmə gətirilmişdi. Bu çox vacib və əhəmiyyətli məsələ idi. Niyə? Çünki istənilən halda bütün nəqliyyat növləri sərnişinləri yolun sağ tərəf hissəsində, yol kənarında mindirib-düşürürlər. Amma Bakı şəhərinin daxilində yolun sağı və solunu və avtobus yollarını tutduğuna görə həmin zolaqlara girmək nəqliyyat vasitələri üçün kifayət qədər bahalı cərimə idi. Buna görə sürücülərə 100 manat və 3 bal cərimə tətbiq olunurdu. Bu problem istər taksi xidməti, istərsə də şəxsi avtomobil vasitələri üçün sərnişinləri harada düşürməklə bağlı çox ciddi böhran yaratmışdı”.

İ. Hüseynli bu qərarı dəstəkləyərək qeyd edib:

“Hesab edirəm ki, bu addım normal və vaxtında atılmış addımdır. Sözsüz ki, bizim təkliflər sırasında bu var idi ki, vaxt məhdudiyyəti tətbiq etməklə avtobus zolağının özündə sərnişinləri düşürüb mindirmək üçün şərait yaradılsın. Bir halda ki, ən azından xüsusi zolaqlar yaradılırsa, bunun özü çox müsbət addımdır. Hesab edirəm ki, artıq belə bir addım atılıb. Məsələn, “Gənclik Mall”un qarşısında belə bir yer yaradılıb və oraya gələn insanların düşürdülməsi-mindirilməsi üçün normal imkanlar yaradılıb. Bu mənada, bu qərar çox vacib idi. Əks halda, insanlar ikinci zolaqda məcbur qalıb dayanır, arxadan gələn nəqliyyat vasitələrinə mane olurdular. Başqa harada düşürməli idilər axı, bütün şəhəri fırladaraq?! Bunun üçün mütləq yer yaradılmalı idi və düşünürəm ki, bu qərarın müsbət təsirləri olacaq”.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600