100 milyonluq QALMAQAL: İş adamı büdcə oğurluğunda suçlaınr

media-hightechnic-468x90

Rusiya məhkəməsi İT şirkətinin rəhbəri barəsində qiyabi həbs qərarı çıxarıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Moskva şəhər məhkəməsi büdcədən 100 milyon rubl oğurlaması səbəbindən “Links” İT şirkətinin rəhbəri Valeri Xvatov barəsində çıxarılmış qiyabi həbs qərarını qanuni sayıb.

Qeyd olunur ki, hazırda ölkə xaricində gizlənən Rusiya və Kanada vətəndaşlığına malik Xvatov beynəlxalq axtarışa verilib. Bildirilir ki, o, Rusiya Maliyyə Nazirliyində informasiya sisteminin qurulması üçün ayrılmış büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunur.

Xvatov “Elektron büdcə” sisteminin qurulması məqsədilə “Links” şirkətinə ödəniş eеsə də, sifariş yerinə yetirilməyib. Xvatovun vəkilləri isə ona qarşı irəli sürülmüş ittihamın əsassız olduğunu bəyan ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600