!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

100 minlik rüşvət ittihamı: Şəhid ailələrini aldadan məşhur fırıldaqçını kimlər himayə edir?

!Reklam – Yazi

Vətəndaşlara külli miqdarda ziyan vurduğu iddia edilən şəxsin iri məbləğdə rüşvət verərək, azadlığa çıxmağa hazırlaşdığı bildirilir.

KİV-ə müraciət edən çoxsaylı vətəndaşlar 28 mart 1971-ci ildə Naxçıvan Muxtar Respublikasının (Naxçıvan MR) Şahbuz rayonu, Nursu kəndində anadan olmuş Umudlu Cavid Məhəmmədəli oğlunun dələduzluq yolu ilə onları aldatdığını bildiriblər.

Şikayətçilərin sözlərinə görə, Cavid Umudlunun müxtəlif maxinasiyalarla aldadaraq maddi ziyan vurduğu vətəndaşların sayı yüzlərlədir. Onların dediklərinə əsasən, Umudlu 2017-ci ilin dekabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub və onun işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin icraatına verilib.

Bununla belə, Umudludan şikayətçi olan vətəndaşlar işi məhkəmədə olan həmin şəxsin öz layiqli cəzasını almaq əvəzinə, azadlığa buraxıla biləcəyindən narahatlıqlarını ifadə ediblər. Şikayətçilər bildiriblər ki, yüzlərlə vətəndaşa külli miqdarda maddi ziyan vuran Umudlunu himayələrinə götürən bəzi vəzifəli şəxslər onun azadlığa buraxılması üçün fəaliyyətə başlayıblar.

Vətəndaşlar əminliklə qeyd ediblər ki, Umudlu azadlığa çıxmaq üçün himayəsində olduğu səlahiyyət sahiblərinə 100 min manat rüşvət boyun olub və həmin məbləğin 30 faizinin artıq ödənildiyinə dair söz-söhbətlər dolaşır.

Şikayətçilərin bildirdiyinə görə, Cavid Umudlu dələduzluq əməllərinə görə əvvəllər də həbs olunub. O, 2013-cü il aprelin 1-də İmişli Rayon Polis Şöbəsi tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.4. maddəsi üzrə cinayət işi açılıb. Ancaq çox maraqlıdır ki, aradan keçən kifayət qədər uzun müddət ərzində Umudlunun işi məhkəməyə göndərilmək əvəzinə, 2017-ci il fevralın 5-də 40.2.2. maddəsi (barışıq) rəhbər tutularaq, cinayət işinə xitam verilib.

Şikayətçilər Cavid Umudlunun iri məbləğdə rüşvət qarşılığında azadlığa çıxaraq dələduzluq əməllərini davam etdirməsindən, aralarında şəhid, müharibə veteranı və qazi olan ailələrin min bir əzab-əziyyətlə topladıqları halal pulları yenidən mənimsəmə imkanı qazanacağından narahatdırlar.

COP29

www.yenicag.az

6739
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv