Gülən Şəbəkəsinin yayın orqanı olan “Zaman” qəzeti qurucularından Əlaəddin Kaya, Mətbuat Elan Təşkilatı (Basın İlan Kurumu-BİK) İdarə heyəti üzvlüyündən çıxarıldı.
Yenicag.az xəbər verir ki, Mətbuat Elan Təşkilatı baş direktoru Mehmet Atalayın iştirakı ilə keçirilən Baş Məclisin iclasında mətbuat, hökumət və bitərəflər qrupu üzvləri iştirak etdi.
Təşkilatda daha əvvəl önəmli şəxslərdən biri olan Alaeddin Kaya, yeni rəhbərlikdə yer almadı.
Keçən il yanvar ayında, Rəcəb Tayyib Ərdoğan tərəfindən “bazarlıq təklifləri” olaraq sərt təpki verdiyi Gülənin “barışıq” məktubunu Fehmi Koru ilə birlikdə prezident Gülə də Kaya aparmışdı.
Xatırladaq ki, Əlaəddin Kaya “Zaman” qəzetinin sahibi olduğu vaxt Fətullah Gülən ilə birlikdə gerçəkləşdirdiyi ziyarətdə Papanın əlini öpmüşdü.
www.yenicag.az