Bosniya və Herseqovina Türkiyədən 10 ədəd antidron sistemi alacaq

media-hightechnic-468x90

Bosniya və Herseqovina Türkiyədən Pilotsuz Uçuş Aparatlarını (PUA) zərərsizləşdirmək üçün 10 ədəd sistem alacaq.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bununla əlaqədar müqaviləni Bosniya və Herseqovinanın müdafiə naziri Zukan Helez və Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti ASELSAN-ın baş icraçı direktoru Ahmet Akyol imzalayıb.

Ölkə Silahlı Qüvvələrinin Baş Qərargahında baş tutan imzalama mərasimində çıxış edən Z.Helez hərbi sahədə əməkdaşlığa görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyənin milli müdafiə naziri Yaşar Gülərə, həmçinin ASELSAN şirkətinə təşəkkür edib.

O qeyd edib ki, bu müqavilə Türkiyə şirkətinin Bosniya və Herseqovina ordusuna təqdim etdiyi üçüncü mühüm texnoloji dəstəkdir. Nazir vurğulayıb ki, Türkiyədən alınan bu sistemlər hərbi obyektlərin, ölkənin müdafiə sənayesi infrastrukturunun və digər strateji əhəmiyyətli obyektlərin müasir hava təhdidlərindən qorunması üçün böyük əhəmiyyət daşıyır.

ASELSAN-ın baş icraçı direktoru Ahmet Akyol çıxışında qeyd edib ki, dünyada hava təhdidlərinin sürətlə artdığı bir dövrdə müasir antidron sistemlərinin əhəmiyyəti xeyli artıb. O həmçinin qeyd edib ki, şirkət rəhbərliyi Bosniya və Herseqovinanın müdafiə sənayesi müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05