Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

12 yaşlı oğlan getdikcə “daşa dönür”

Yoluxduğu nadir xəstəlikdən 12 yaşlı oğlanın dərisi daş kimi bərkiyir. 

Yenicag.az Medicina.az-a istinadən xəbər verir ki, ABŞ-ın Kolorado ştatının sakini Ceyden Rocers fassial distrofiyadan əziyyət çəkir. Bu günə kimi bu xəstəliyə cəmi 41 nəfər tutulub.

Xəstəlik nəticəsində dəri qalınlaşır, bərkiyir, daşa dönür. Sonda pasiyent getdikcə hərəkətini itirir və ölə bilər.

Uşağın atası deyir ki, 5 il əvvəl oğlunun sağ qabırğaaltında kiçik şiş aşkarlayır. 2 həftə ərzində bu törəmə bütün bədəni örtüb, dizlərə kimi çatdı. Bu duza bənzər bir kütlə idi. Uşağın oynaqları hərəkətliliyini itirdi.

Həkimlər xəstəliyin yayılmasını kimyaterapiya ilə gecikdirməyə çalışır. Uşaq sutkada 17 saat yatır, güclü ağrıkəsicilər alır. O artıq gəzə bilmir, məktəbdən ayrılıb.

Bu vaxta kimi uşağın müaıicəsinə 500.000 dollar xərclənib. Ailənin pulu tükənib. Onlar 1,5 milyon dolları xeyriyyə vasitəsilə toplayaraq, oğlanı Avropada klinikalardan birində kök hüceyrə nəqli ilə müalicə etməyə çalışacaqlar

www.yenicag.az

5816
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS