13 ailənin yaşadığı bina kül oldu - DƏHŞƏTLİ YANĞIN / FOTOLAR 

media-hightechnic-468x90

Bərdədə yaşayış binasındakı yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Bərdə şəhərində ümumi sahəsi 640 kv.m olan, bir dam altında tikilmiş birmərtəbəli onüçmənzilli yaşayış binasının yanar konstruksiyaları (arakəsmə divarları taxta konstruksiyalardan, kərpicdən, dam örtüyü qır və qamışdan ibarət) və qismən ev əşyaları yanıb:

“Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı ölən və xəsarət alan olmayıb”.

***

Bərdə şəhərinin Heydər Əliyev prospektində 13 ailənin yaşadığı birmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Hazırda yanğın davam edir.

Bina sakinləri təxliyyə olunub. Xəsarət alan yoxdur.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin beş maşını və xeyli sayda canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi üçün iş aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600