Bu gün futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında 22-ci turun bir oyunu keçirilib.
Yenicag.az xəbər verir ki, lider “Araz”la EKOL arasındakı oyun nominal meydan sahibləri üçün əlamətdar olub.
Belə ki, mövsümdə 18-ci qələbəsini qazanan və aktivindəki xalların sayını 55-ə yüksəldən “Araz” 13-cü dəfə ölkə çempionu olub. Düzdü, “Marafon Futsal”ın “Araz”la xallarını eyniləşdirmək şansı qalıb. Ancaq bu baş versə belə, şəxsi oyunların göstəricisinə görə, “Araz” əlçatmaz olacaq. Buna görə də qarşıdakı 5 oyun “Araz” üçün formal xarakter daşıyacaq. Komanda ilk belə uğurunu 13 il əvvəl qazanıb.
“Araz”ın çempionluğu bayram edildiyi əvvəlki mövsümlər bunlardır: 2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09, 2009/10, 2010/11, 2011/12, 2012/13, 2013/14, 2015/16, 2016/17
www.yenicag.az