Antalyada 13 yaşlı uşaq atasını başından güllələyib.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, hadisənin ailə münaqişəsi zəminində törədildiyi bildirilir.
Belə ki, 2 övladları olan 41 yaşlı Murat-Aysun U. cütlüyü arasında mübahisə yaşanıb. Tez-tez baş verən mübahisələrdən təngə gələn ailənin 4-cü sinif şagirdi olan övladı H.U. atasını yatdığı yerdə başından güllələyib. Murat U. hadisə yerindəcə keçinib.
Azyaşlı polis tərəfindən saxlanılıb.
www.yenicag.az