Nizami Kino Mərkəzində “Brat Li” komedik filminin qala gecəsi keçirilib.
Yeniçağ.az xəbər verir ki, təqdimata baş rolları canlandıran rəqqasə Oksana Rəsulova və aktyor İlkin Misgərli qatılmayıblar.
Oksana Rəsulova Hindistandan, Məlahət Abbasova isə Türkiyədən videoçarx vasitəsiylə film haqqında təəssüratlarını bölüşüblər.
Oksananın təqdimata qatılmamasının səbəbi rəqqasənin bir aydan artıqdır ki, təhsili ilə bağlı Hindistanda olmasıdır. İlkin Misgərlinin isə çəkilişdən sonra yaradıcı heyətlə aralarında narazılıq yarandığından o da təqdimata qatılmamışdı.
Nicat Rzazadənin 130 min manata çəkdiyi filmdə İlkin Misgərli, Abbas Əlizadə, Məlahət Abbasova, Oksana Rəsulova, Rüfət Nazar, Sabir Məmmədov, Təvəkkül Əliyev, Oktay Kamil, Delya Fərəcullayeva, Fuad Mədətov, Nofəl Şahlaroğlu və başqaları iştirak edir. “Brat Li”-nin prodüseri Sarvan Allahverdiyevdir.
Cəvahir Səlimqızı
Yeniçağ.az
www.yenicag.az