14 min illik sirr: Donmuş torpaqda tapılan heyvan balalarının hansı növ olduğu aşkarlandı

media-hightechnic-468x90

Sibirdə tapılan və Buz dövründə əhliləşdirilmiş ilk itlərdən sayılan iki balanın, əslində, qurd olduğu ortaya çıxıb.

Yenicag.az xəbər verir ki, araşdırma “Quaternary Research” jurnalında dərc olunub.

York Universitetinin alimləri 2011 və 2015-ci illərdə Tumat bölgəsində tapılan və “Tumat balaları” adlandırılan bu heyvanların 14 min il əvvəl yaşamış, bir-birinə bənzəyən bacı qurdlar olduğunu müəyyən edib.

Diş analizləri onların 7-9 həftəlik olduğu zaman öldüyünü göstərib. Əvvəllər it sayılmalarına səbəb olan qara tüklərinin isə genetik mutasiyadan qaynaqlandığı bildirilib.

Tədqiqatçılar balaların həm bitki, həm də ət ilə qidalandığını, üstəlik hələ də əmizdirildiklərini aşkar ediblər. Ən maraqlı tapıntı isə balalardan birinin mədəsində yunlu kərgədanın dərisinin aşkarlanması olub. Bu, qədim qurdların bugünkülərdən daha iri olduğunu göstərir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600