16 yaşlı gəlinin qatili ilə bağlı QƏRAR

media-hightechnic-468x90

Masallı Rayon Məhkəməsində toyundan sonra 16 yaşlı gəlini öldürməkdə şübhəli bilinərək saxlanılan İman Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

media-banner_tuq

Masallı rayon Prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, istintaq orqanının verdiyi təqdimat təmin edilib.

Belə ki, məhkəmə İ.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, yanvarın 29-da Masallı rayonu, 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İ.Məmmədov 2 həftə əvvəl evləndiyi, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanı yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlləri ilə boğaraq öldürüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İ.Məmmədov cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05