Şəmkirdə 16 yaşlı yeniyetmə su kanalında batıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisindən keçən suvarma kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 2001-ci il təvəllüdlü Elvin Səyavuş oğlu Hüseynovun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:11-də başa çatıb.
www.yenicag.az