17 nəfər öldürülüb
Hindistanın Kəşmir hissəsində yaraqlılarla qarşıdurma zamanı 17 nəfər ölüb. Onların arasında 8 əsgər və 3 polis işçisi var.
Hindistan rəsmiləri bildiriblər ki, ağır silahlanmış yaraqlıların bu gün yerli vaxtla saat 3 radələrində Uri hərbi düşərgəsinə hücum edib və atışma zamanı 6 yaraqlı öldürülüb. Bu hücumu terror kimi qiymətləndirilib və yaraqlıların hələ də düşərgədə olduğu söylənilir.
Xatırladaq ki, hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Hadisənin baş verdiyi hərbi düşərgə Hindistanla Pakistan Kəşmirlərinin ayrıldığı nəzarət bölgəsində yerləşir.
(anspress.com)












