İtkin düşən 31 yaşlı qadının meyiti tapılıb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Kütahya şəhərində bir neçə gün əvvəl itkin düşən 31 yaşlı Havva K.-nın meyiti qatar relslərinin üstündə tapılıb. Məlum olub ki, 2 uşaq anası olan qadının üstündən son 12 saat ərzində 10 dəfə yük qatarı keçib.
Qeyd edək ki, qadının danışma və eşitmə qabiliyyətində məhdudiyyət olub. O, həyat yoldaşı ilə boşanma ərəfəsində idi.
www.yenicag.az