20 manata görə həyatını QURBAN VERƏNLƏR: “Sürücü bunu qəsdən edibsə...”

media-hightechnic-468x90

18 saylı marşrut xətti üzrə avtobus sürücüsünün piyadanı vurması ilə nəticələnən hadisə piyada təhlükəsizliyi və sürücünün hansı halda cinayət məsuliyyətinə cəlb olunması məsələsini yenidən gündəmə gətirib.

Yenicag.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov söyləyib ki, yolun təyin olunmayan ərazisində piyadanın hərəkəti yolverilməzdir:

media-aslanesedov1

“İnsan dərk etməlidir ki, piyada zolağı yoxdursa, oradan keçə bilmərəm. Ən yaxşı halda əlil, ən pis halda isə dünyamı dəyişə bilərəm. Bunun əsas yolu qaydalara əməl etmək, insanları maarifləndirmək və informasiya bolluğu yaratmaqdan ibarətdir. İnsanlar bilməlidirlər ki, təyin olunmayan ərazidən keçmək olmaz. Qanunla bunun 20 manat cəriməsi var. Amma cərimə hər şeyi həll etmir. İnsan anlamalıdır ki, o yolda zolaq yoxdursa, oradan keçmək təhlükəlidir və olmaz”.

“Piyada yolun təyin olunmayan ərazisindən keçərkən vurularsa, o halda, sürücü cinayət məsuliyyəti daşıyırmı” sualını isə ekspert belə cavablandırıb:

“Bu ekspertizanın rəyindən və istintaqın nəticəsindən asılıdır. İntihara cəhd olaraq insan özünü avtobusun altına atıb öldürürsə, o halda sürücü həbs oluna bilməz. Təbii ki, orada sürət həddi də nəzərə alınacaq. Amma bunu birbaşa cinayət tərkibi yoxdur. Bilməyərəkdən kimsə yola çıxıbsa, sürücü bilərəkdən onun üstünə sürübsə, cinayət tərkiblidir”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600