200-ə yaxın dərmanın qiyməti təsdiqlənib

media-hightechnic-468x90

Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Şuradan verilən məlumata görə, iclasda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq yeni qeydiyyatdan keçmiş 200-ə yaxın dərman vasitəsinin qiyməti təsdiq edilib.

Ümumilikdə, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 10361 dərman vasitəsinin tam siyahısı Şuranın rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlar ilə saytın “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600