2017-ci ildə mobil reklama 2 dəfə çox pul xərclənəcək
2017-ci ildə dünyada mobil reklama xərclənən vəsaitlər iki dəfə artacaq.
Yenicag.az lent.az-a istinadən xəbər verir ki, “ZenithOptimedia” araşdırma şirkətin internetin ən təsirli reklam mühitinə malik olduğunu bəyan edib.
Mütəxəssislər hazırda müşahidə etdiyi dinamikaya əsasən deyir ki, 2020-ci ildə ümumdünya internet şəbəkəsi televiziyanı çox-çox geridə qoyacaq.
“ZenithOptimedia”nın hesabatında qeyd olunur ki, ötən il Avstraliya, Kanada, Danimarka, Hollandiya, İsveç, Norveç, Böyük Britaniyada internet reklamına külli miqdarda vəsait xərclənib. 2017-ci ildə bu siyahıya Çin, Almaniya, Finlandiya, Yeni Zelandiya və İrlandiya da əlavə olunacaq. Ümumiyyətlə, bütün dünyada reklama xərclənən vəsaitin 28 faizi adıçəkilən ölkələr tərəfində həyata keçirilir.
Reklam platforması qismində populyarlığına görə ən böyük artım mobil cihazlarda proqnozlaşdırılır. Belə ki, 2017-ci ilə qədər mobil reklama yönələn xərclər 2014-cü illə müqayisədə ikiqat artaraq.