2019-cu ilin ilk “El Klasiko”su

Bu gün futbol azarkeşlərinin diqqəti İspaniyaya yönələcək.

Yenicag.az xəbər verir ki, ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündə “El Klasiko” baş tutacaq.

“Barselona” doğma azarkeşləri önündə əzəli rəqibi “Real”ı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 27-də keçiriləcək.