!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

2021-ci ilin ən populyar ağıllı saatları məlum olub

2021-ci ilin sonunda ağıllı saatlar bazarında güc balansı dəyişib. İlk üçlük indi “Apple”, “Samsung” və “Amazfit”dən ibarətdir.

Yenicag.az xəbər verir ki, bu qənaətə “Counterpoint Research” beynəlxalq araşdırma şirkətinin mütəxəssisləri gəliblər.

İlin üçüncü rübündə ağıllı saatların satışında birinci yeri 21,8 % satış payı ilə “Apple” tutur. “Samsung” 14,4 % payla ikinci yeri tutub ki, bu da “Samsung Galaxy Watch4” xəttinin uğuru sayəsində satışları artırıb.

Üçüncü yeri “Amazfit” tutur. Brendin qlobal tədarükləri rekord həddə — 9,9 milyon cihaz və ya bazarın 5,8 faizini təşkil edib.

“International Data Corporation” tədqiqat şirkətinin məlumatına görə, 2021-ci ilin ilk doqquz ayında “Amazfit”in ümumi qlobal tədarükləri 27,8 milyon ədədə çatıb.

www.yenicag.az

169
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100