Cazibədar model və aktrisa Sevinc Qasımova tədbirlərin birində fotokameramıza poz verib.
Yenicag.az-a açıqlama verən model şəxsi həyatından danışıb. Subay model əkscinsin nümayəndələri tərəfindən xoşagəlməz təkliflər aldığını və buna görə də onlara inanmadığını deyib:
“Kişilər məni çox bezdirir. Sosial şəbəkədə mənə yazırlar, tanış olmaq istəyirlər. Ancaq mən indiki sevgilərə inanmıram. Bu gün səninlə tanış olur, sevirəm deyir, sonra da təklif edir ki, məşuqəm ol, səni saxlayım. Mən pulla əldə olunan qadınlardan deyiləm Heç bir kişi məni pulla ələ ala bilməz. Qəlbimi ələ almaq istəyən kişi, mənə hörmətlə yanaşmalıdır”.
Qeyd edək ki, S.Qasımova Qız atası, Bacanaqlar, Qardaşlar və digər seriallarda rol alıb.
Cəvahir
Foto: Cəmalə
www.yenicag.az