Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

22 yaşlı hərbçimiz faciəvi şəkildə öldü

Qəbələ rayonunda bir nəfərin ölümü, iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, Qəbələ rayon Nohurqışlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, Qəbələ rayonu Vəndam qəsəbə sakini, 22 yaşlı Fərid Nəbiyevin idarə etdiyi “VAZ 2109” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü Fərid Nəbiyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, avtomobildəki iki sərnişin, Vəndam qəsəbə sakinləri, 21 yaşlı Fərid Həlimov və 27 yaşlı Mübariz Niftəliyev aldığı zərbə ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ağır vəziyyətdə olan Fərid Həlimov reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə vaxtı dünyasını dəyişən çavuş Fərid Nəbiyev Daxili Qoşunların Qəbələ rayonundakı hərbi hissəsində xidmət edib. Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.az

Loading...

www.yenicag.az

493
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100