Şəmkir rayonunda 22 yaşlı qız özünü asaraq intihar edib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakini, 1995-ci il təvəllüdlü Aysel Rövşən qızı Tağıyeva yaşadığı evdə özünü asaraq öldürüb. O, Gəncə şəhər sakinidir və ikinci dəfə ailə həyatı quraraq yoldaşı ilə birgə həmin qəsəbədə kirayədə yaşayırmış.
Məlumata görə, qadının yoldaşı da əvvəllər başqası ilə ailəli olub. Ayselin ikinci evliliyindən 3 yaşında oğlu var. Hadisə zamanı Ayselin evdə tək olduğu bildirilir. Onun meyiti yaşadığı evin vanna otağında aşkarlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırmalara başlanılıb, istintaq aparılır.
www.yenicag.az