2,5 hektar ərazidə çətənə kolları aşkarlandı - İsmayıllıda

media-hightechnic-468x90

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Xanagah kəndi ərazisində 2,5 hektar ərazidə yabanı halda bitən ümumi çəkisi 875 kiloqram olan 1109 ədəd narkotik tərkibli çətənə bitki kolları aşkar edilərək yandırılma yolu ilə məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600