“28 Mall” Ticarət Mərkəzində ilanın peyda olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub.
Ciddi təşviş yaratmış ilanın “28 Mall” Ticarət Mərkəzinə necə düşməsi ilə bağlı Yenicag.az-a açıqlama verən “Paşa İnsaat” Ticarət Mərkəzləri Qrupu Marketinq Departamenitinin rəhbəri Nuranə İsgəndərova məsələyə aydınlıq gətirib. O, ilanların yumurtalarının rayonlardan tədarük edilən məhsullara qarışaraq, ticarət mərkəzinə daxil olmasına dair ehtimalı inkar edib, bunun mümkünsüzlüyünü bildirib.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov oxu.az-a açıqlamasında ticarət mərkəzlərində ilanların peyda olmasına görə məsuliyyəti həmin obyektlərin üzərinə qoyub. Yusifov ilan yumurtalarının rayonlardan gətirilən məhsullara qarışaraq, ticarət mərkəzlərinə ayaq açdığını deyib.
Mövzuya dair videonu təqdim edirik:
Aslı İsmayılzadə
Natavan Abbaslı
www.yenicag.az