Bakıda kirayədə yaşayan 28 yaşlı Ağdam sakini itkin düşüb.
Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.
Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi ev 25-də iş yoldaşları ilə birlikdə kirayədə yaşayan Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Abbasov Rəmzi Ehtiram oğlu noyabrın 5-də yaşadığı evdən çıxıb və itkin düşüb.
Faktla bağlı araşdırma aparılır./Trend/
www.yenicag.az