30 dərəcə isti olacaq

media-hightechnic-468x90

2ded065cc3121adc22b792e0c92faa94Oktyabrın 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı var.

Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 17-20, gündüz 26-30 dərəcə isti olacaq.

Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz şimal və qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlıq ərazilərdə gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

media-ziraat-728x90

30 dərəcə isti olacaq

media-hightechnic-468x90

hjuBu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən  verilən məlumata görə, cənub küləyi günün ikinci yarısında və axşam arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.  Havanın temperaturunun gecə 10-13, gündüz 21-26, günün birinci yarısında yarımadanın bəzi yerlərində 29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 25-30, bəzi yerlərdə 33, dağlarda gecə 6-11, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600