30 may mitinqinə icazə verildi

media-hightechnic-468x90

223d8c08720132be5e3b7ad12e5ee681Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının müraciətini cavablandıraraq mitinqin keçirilməsinə razılıq verib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarına riayət olunmaqla 30 may 2015-ci il tarixdə saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsinə razılıq verilib.

Təşkilatçılarından xahiş olunur ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsasən ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət edilsin.

Həmçinin, gələcəkdə planlaşdırılan mitinqlərin şənbə günlərinə təyin olunması məqsədəuyğun olunduğu bir daha qeyd olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600