"4 ölkə İŞİD-lə mübarizə aparmaq üçün ortaq mexanizm yaradır" - Hakan Fidan

media-hightechnic-468x90

Türkiyə, Suriya, İraq və İordaniya İŞİD-lə mübarizə aparmaq üçün ortaq mexanizm yaradır.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Nazir qeyd edib ki, o, bundan əvvəl iordaniyalı və iraqlı həmkarları ilə müzakirələr aparıb: “Regional təhlükəsizlik, xüsusən də İŞİD-lə mübarizə üzrə ümumi mexanizmin yaradılması ilə bağlı razılıq var. Bu mexanizmin ilk iclasının yaxın vaxtlarda İordaniyada keçirilməsi planlaşdırılır”.

Onun sözlərinə görə, sözügedən ölkələrin müdafiə nazirləri və kəşfiyyat təşkilatlarının rəhbərləri mexanizmə cəlb olunacaq./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa