4 otaqlı ev yandı - Xəsarət alan var

media-hightechnic-468x90

Samux rayonunun Qarabağlar kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 150 m² sahədə və 2 otağının yanar konstruksiyaları 115 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə zamanı, 1990-cı il təvəllüdlü Kərafət Kərimova xəsarət alıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Yanğının başvermə səbəbləri araşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600