Ürəyi qüsurlu olan 4 yaşlı Muradın köməyə ehtiyacı var.
Yenicag.az xəbər verir ki, Muradın anası, Biləcəri qəsəbəsindəki 299 saylı məktəb-liseyin direktor müavini Elza Paşayeva övladına yardım edilməsini xahiş edib.
ATV kanalında yayımlanan “Bizimləsən” verilişində bütün məktəblərin kollektivinə və Azərbaycan xalqına səslənən qadın bildirib ki, yardım etmək istəyənlər bunun üçün “AGBank”ın “Milli Ön”də cari hesab nömrəsi – 336749, təvəllüd – 15.12.1965 yazaraq və ya ATV-də “Bizimləsən” verilişinə göndərə bilərlər.
Azyaşlının əməliyyatı üçün 81000 AZN (41000 avro) ödənilməlidir.
Bu məbləğ müəllimənin yeganə övladı Muradın əməliyyatı üçün təcili olaraq Almaniyanın Berlin Mərkəzi Kardeologiya xəstəxanasına köçürülməlidir. Əlaqə telefonu: +994 50 449 95 85
www.yenicag.az