43 ədəd dinozavr yumurtası aşkar edildi
Çində milyonlarla il sonra qəribə tapıntı aşkarlanıb. Yenicag.az xəbər verir ki, yol təmiri zamanı fəhlələr 43 dinozavr yumurtası tapıblar.
Yumurtalar Quangdonq vilayətindəki Heyuan şəhərində aşkar edilib. Bu şəhər dünyanın ən çox dinozavr qalıqlarına sahib olan şəhər 2004-cü ildə Gİnnesin rekordlar kitabına düşüb. Bu şəhər “dinozavrların evi” adlandırılır.
CNN-ə açıqlama verən şəhər rəsmiləri ilk dəfə şəhərin mərkəzi hissəsində bu cür tapıntı gördüklərini deyib.
Heyuan Muzeyindən verilən məlumata görə, yumurtalardan 19-u bütöv haldadır. Ən böyüyü 13 sm-dir.
Yumurtaların hansı növə aid olduğunu müəyyən etmək üçün analizlər aparılacaq. Heyuan muzeyindəki yumurtaların çoxu 89 milyon il öncə yaşamış olan ördək dimdikli Oviraptor növünə aiddir.
Qeyd edək ki, Heyuanda ilk dəfə 1996-cı ildə inşaat sahəsində oynayan uşaqlar dinozavr yumurtası qalıqları tapıblar. Tapılan qalıqların sayı bu gün 17 mini ötüb.