!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

5 dildə danışdı: BMT susdu

!Reklam – Yazi

Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edən Avstriya xarici işlər naziri Karin Kneisl böyük marağa səbəb olub.

Yenicag.az xəbər verir ki, buna səbəb diplomatın 5 fərqli dilində çıxış etməsi olub.

Belə ki, Kneisl, Birləşmiş Millətlər Təşkilatının 73-cü zirvə toplantısında çıxış edərkən nitqinə Ərəb dilində xitabla başlayıb daha sonra sözlərinə Fransız, İspan, İndoneziya və İngilis dillərində davam edib.

Nitqinə ərəbcə başlamasının səbəbini isə döyüş və qarşıdurmanın ortasında yaşayanların əsasən ərəb milli mənşəli xalqlar olmasını, buna görə də onların səsinin eşidilməsi vacibdir deyə açıqlayıb.

Kneisl, “Yaxın Şərqin xəritəsi Osmanlı İmperatorluğu dağıldıqdan sonra neft yataqlarına uyğun tərtib edildi. Yaxın Şərqdəki döyüşlər neft səbəbindən başladı və Suriya bu döyüşlərin yaratdığı qeyri-sabitliyin son qurbanı oldu” -deyə bildirib.

Avstriyalı diplomat, 5 fərqli dildə etdiyi çıxışında, iqlim dəyişikliyi, cinsiyyət bərabərliyi və İranın nüvə razılaşması kimi bir çox qlobal problemə də toxunub.

COP29

www.yenicag.az

6079
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv