Bu gün İsrail hərbçilərinin Fələstində keçirilən kütləvi aksiyaya müdaxiləsi nəticəsində 5 nəfər həlak olub, minə yaxın insan yaralanıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin rəsmisi Əşrəf əl-Kidr bildirib: “İsrail ordusu ilə toqquşmalarda 5 fələstinlli həlak olub, 922 nəfər xəsarət alıb”.
Qırmızı Aypara Cəmiyyətinin mətbuat katibi İrab əl-Fukaha isə xəsarət alanların 218 nəfərinin döyüş güllələrindən yaralandığını xəbər verib.
Aksiyaçılar İsraildən Qəzza bölgəsinin blokadasına son qoymağı və fələstinlilərə qəsb olunmuş torpaqlara geri dönmələrinə imkan verməsini tələb edirlər.
www.yenicag.az