MH370 axtarışı: Reunion adasında “ikinci təyyarə qalığı” tapılıb

Aşkar edilən qırıntı güman edildiyinə görə təyyarə qapısı ola bilər. Əşya Reunion adasının St Denis şəhərindən cənubda aşkar olunub. Malayziya Hava Yollarına məxsus Boeing 777 təyyarəsi 2014-cü ildə Kuala Lumpur-dan Pekinə uçarkən yoxa çıxmışdı.
Həmin zaman təyyarədə 239 nəfər olub. Bundan əvvəl Reunion adasında tapılmış MH370 təyyarəsinə məxsus olduğu güman edilən qırıntı ötən gün Fransaya ekspertiza üçün göndərilmişdi.
Həmin hissənin itən təyyarənin qanadından qopduğu güman edilir. Tapılmış əşyaların tədqiqatına ekspertlərin çərşənbə günü başlayacağı nəzərdə tutulub.