“6 aydır işsizəm, o borcla da heç bir əlaqəm yoxdur” – Tanınmış aktyor HAQSIZLIQLA ÜZ-ÜZƏ

media-hightechnic-468x90

“Beş aydır, altıncı aya keçib ki, işsizəm. Mədəniyyət Nazirliyi heç bir yerdə açıqlama verməyib ki, Elman Rəfiyev işdən çıxıb. Altı aydan sonra xəbər yayılır ki, Elman Rəfiyev işdən çıxıb. İşdən çıxmağımın teatrda yaranmış borcla heç bir aidiyyəti yoxdur, burada başqa nüanslar var”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Əməkdar artist Elman Rəfiyev deyib.

Aktyor altı ay öncə işdən çıxdığı halda xəbərin nədən məhz bu günlərdə yayılması ilə bağlı sualımızı cavablandırıb:

“İşdən çıxdığım halda Pantomima Teatrının yaradıcılarından biri olaraq aktyor kimi fəaliyyətimi davam etdirməliydim, buna belə şərait yaratmadılar. Bu, çox acınacaqlı vəziyyətdir. Amma bu gün Azərbaycanda Pantomima Teatrı deyəndə Elman Rəfiyev, Pərviz Məmmədrzayev, Qurban Məsimov yada düşür – məşhur üçlük.

Mən – Elman, Pantomima Teatrının yaradıcılarından biri olduğum üçün tarix yazdım və məni heç kim tarixdən poza bilməz, heç vaxt da belə olmayacaq. Pantomima Teatrı deyəndə Elman Rəfiyev yada düşəcək. Beş aydır, altıncı aya keçib ki, işsizəm. Heç bir teatrda, heç bir yerdə işləmirəm. Azərbaycan Televiziyasında “Sabah” Yaradıcılıq Studiyasına dəvət almışam, rejissor Ramiz Həsənoğlunun quruluş verdiyi “Fatehlərin divanı” layihəsində həm aktyorlar üzrə rejissoram, həm də Həmid Sultanov obrazını yaradıram. Oturub gözləyirəm ki, nə vaxtsa buna qiymət verəcəklər”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600