!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

6 dəfə "ölüb-dirilən" xalq artisti: “Qorxuram”  

!Reklam – Yazi

Xalq artisti, tanınmış aktyor Şamil Süleymanlı kinoda yaratdığı obrazlarn şəxsi həyatına heç bir təsir göstərmədiyini deyib.

Yenicag.az-a açıqlama verən aktyor “filmdə öldüm, həyatda da ölə bilərəm” deyə bir inancı olmadığını bildirib:

“Bu kinodur, verilən obrazı filmdə canlandırırıq. Hər yaratdığım obrazın taleyini yaşasaydım, indi həyatda olmazdım. Çünki nə az, nə çox çəkildiyim filmlərdə altı dəfə ölüb-dirilmişəm. Amma həyatda sağam, qarşınızdayam. Söz yox ki, aktyor kimi həmin obrazın təsirindən uzun müddət çıxa bilməmişəm. Axı aktyor həmin obraza köklənir və qəhrəmanın yaşadıqlarını mənəvi cəhətdən yaşayır. Bir neçə həftə, yaxud da bir-iki ay o ağrını yaşayıram. Bəzən məndən soruşurlar ki, filmlərdəölüm səhnəsini canlandırırsan, bəs həyatda qorxmursan ki, bu obrazın düşər-düşməzi olar? Onlara başa salmışam ki, bu, sadəcə kinodur. Hər şey çəkiliş meydançasında baş verir, sonra həyatımıza davam edirik. Amma bunu heç vaxt özümə təlqin etməmişəm. Heç bu barədə düşünmək də istəmirəm. Bəlkə də dərindən düşünsəm, qorxaram. Sən Allah, ölümü yada salmayaq, yaxşı şeylərdən danışaq, yoxsa qorxuram. Ona qalsa, filmdə padşah da olmuşam, həyatda padşah ki, deyiləm”.

Cəvahir
Foto: Elvin

COP29

www.yenicag.az

3367
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv