600 min avroluq zinyət əşyaları oğurlandı

media-hightechnic-468x90

jhgjhgjuyParisdə soyğunçular mağazadan 600 min avroluq ziynət əşyaları aparıblar.

Son bir həftədir ki, Parisin Vandom meydanı ilə Opera meydanı arasında yerləşən bahalı mağazalar oğruların hədəfinə çevrilib.

Odlu silah və balta ilə silahlanan iki maskalı naməlum şəxs Yelisey sarayının yerləşdiyi Sən-Onere küçəsində bahalı ziynət əşyalarının və paltarların satıldığı üçmərtəbəli məşhur

“Colette“ mağazasına daxil olaraq burada çalışan 6 işçini hədələməklə hər birinin qiyməti 12-13 min avro olan çoxlu sayda saat və bahalı geyim əşyaları götürüblər. Maraqlısı budur ki, soyğunçular heç bir maneə ilə üzləşmədən sakitcə mağazanı tərk edib və özlərindən sonra bir iz qoymadan aradan çıxmağa müvəffəq olublar.

Mağazaya baş çəkən Parisin birinci rayonunun meri jurnalistlərə məlumat verib ki, cinayətkarlar 600 min avrodan artıq bahalı saatlar və digər ziynət əşyaları aparıblar.

Xatırladaq ki, bir neçə gün əvvəl elə həmin küçədə yerləşən bir mağazadan qarətçilər 2 milyon avro dəyərində qiymətli ziynət əşyaları oğurlayıblar(azvision.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600