“Sabah” – “Qarabağ” oyunu təxirə salındı

media-hightechnic-468x90

2025/26 mövsümü Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində keçirilməli olan “Sabah” – “Qarabağ” oyunu təxirə salınıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Sabah” klubu açıqlama yayıb.

Komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması ilə bağlı beynəlxalq oyun qaydalarına əsasən matç başqa vaxta təyin ediləcək. Hələlik oyunun yeni tarixi açıqlanmayıb.

Qeyd edək ki, sözügedən qarşılaşma avqustun 17-i saat 18:30-da keçirilməli idi. “Sabah” 14 avqust saat 20:00-da Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində “Levski” ilə üz-üzə gələcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa