Tramp Tehranın "toxunulmazlıq" mifini dağıtdı: Pilot necə qaçırıldı?

media-hightechnic-468x90

“ABŞ İran ərazisində keçirdiyi əməliyyatla Tehrana ciddi mesaj vermiş oldu.”

media-banner_tkm

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

Politoloq İran tərəfindən vurulan qırıcı təyyarənin pilotunun ABŞ Hərbi Dəniz Qüvvələrinin məşhur “SEAL Team 6” xüsusi təyinatlıları tərəfindən təxliyə edilməsini geniş şərh edib:

“ABŞ-ın İran ərazisində həyata keçirdiyi son əməliyyat ciddi rezonans doğurub. Belə ki, əməliyyat çərçivəsində ‘SEAL Team 6’ bölməsi İsfahanın cənubuna eniş edərək, dağlıq ərazidə gizlənən pilotu çıxarmağa nail olub. Diqqətçəkən əsas məqamlardan biri əməliyyatın gündüz saatlarında həyata keçirilməsidir”.

T. Rzayev qeyd edib ki, bu xilasetmə əməliyyatı Amerikanın İran ərazisində quru əməliyyatları aparmaq bacarığının göstəricisidir:

“Bu hadisə ABŞ-ın İran daxilində quru əməliyyatları keçirmək imkanına malik olduğunu nümayiş etdirir. Lakin bu, ABŞ-ın Venesuela ssenarisinə bənzər bir model tətbiq edəcəyi, yaxud İsfahan, Məşhəd və Təbriz kimi iri şəhərlərə desant endirərək birbaşa işğal strategiyasına keçəcəyi mənasına gəlmir. Keçirilmiş əməliyyat unikaldır. Eyni formatda ardıcıl əməliyyatların həyata keçirilməsi həm yüksək risk, həm də ciddi maliyyə və resurs yükü deməkdir. Üstəlik, bu bir xilasetmə missiyası idi. Yəni belə əməliyyatlar yalnız zəruri hallarda həyata keçirilir və strateji məqsəd daşımadıqda onların təkrarlanması əlavə risklər yarada bilər”.

Politoloq vurğulayıb ki, Tramp bu əməliyyatla İrana açıq mesaj vermiş oldu:

“Bununla belə, ABŞ Tehrana bildirdi ki, Vaşinqton lazım gəldikdə İranın daxilində belə hərbi fəaliyyət göstərə bilər. Vaşinqton bu yolla İran ordusunun öz qüvvələrini daha geniş coğrafiyada, xüsusilə iri şəhərlər ətrafında paylamasını hədəfləyir. Ehtimal olunan quru əməliyyatları zamanı ABŞ üçün daha parçalanmış və lokal müqavimətlə üzləşmək daha məqbuldur.

Subyektiv yanaşmam belədir ki, ABŞ son ana qədər İrana qarşı total müharibəyə girməkdən və genişmiqyaslı quru əməliyyatlarından çəkinəcək. Lakin belə bir ssenari baş verərsə, bu, daha çox ‘Normandiya əməliyyatı’ tipli kompleks və çoxmərhələli bir prosesə bənzəyə bilər. İlkin mərhələdə Xarq adası və ya digər strateji nöqtələr ələ keçirilərək hərbi-logistik baza formalaşdırıla, daha sonra isə mərhələli şəkildə quru hücumuna start verilə bilər. Belə bir planın reallaşması isə geniş koalisiya dəstəyi olmadan çox çətindir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05