Çağırış yaşındakı fikir çaşqınlığına son: "Vətəndaşlar maksimum 30 yaşadək xidmətə çağırılır"

media-hightechnic-468x90

“Çağırış yaşındakı fikir çaşqınlığına son: Vətəndaşlar maksimum 30 yaşadək xidmətə çağırılır”

media-banner_tuq

Cəmiyyətdə hərbi xidmətə çağırış məsələsində yaşla bağlı yaranan fikir çaşqınlığına Yenicag.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev aydınlıq gətirib.

O bildirib ki, 2025-ci ilin yanvarından etibarən Azərbaycanda hərbi xidmətə çağırışla bağlı bir sıra qanunlarda dəyişikliklər edilib:

“Bu dəyişikliklərdən biri də çağırışçıların yaş həddi ilə bağlıdır. 2025-ci ilin yanvarına qədər çağırışçıların yaş həddi 18-dən 35 yaşadək müəyyən olunmuşdu. Sonradan Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün xidmət keçməyin son yaş həddi 36,5-dən 31,5-ə endirilmişdir.

Nəzərə alsaq ki, əyani ali təhsil almayan çağırışçılar 1 il 6 ay (yəni il yarım) xidmət edirlər, son yaş həddi 31,5 olduğuna görə onların hərbi xidmətə çağırışı maksimum 30 yaşadək həyata keçirilir. Çünki bu yaşdan sonra çağırılan şəxslərin xidmət müddətini tam başa vurması mümkün olmur və vaxtından əvvəl tərxis olunması zərurəti yaranır.

Bu səbəbdən hazırda ilkin qeydiyyata alınmış və müddətli həqiqi hərbi xidmət keçməmiş Azərbaycan vətəndaşları 18 yaşından 30 yaşınadək Silahlı Qüvvələrə xidmətə çağırılırlar”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05